Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “İlk növbədə həmsədr ölkələr ortaya qəti iradə qoymalıdırlar”
22.06.12 01:17

“Biz ATƏT-in həmsədr ölkələrindən qəti addımların atılmasını tələb edirik. İlk növbədə onlar ortaya qəti iradə qoymalıdırlar və tərəfləri bu iradəyə sövq etməlidirlər. O iradə beynəlxalq hüquq normalarına söykənməlidir. Beynəlxalq hüquq normalarının da beynəlxalq aləmdə Azərbaycana və Ermənistana ayırdığı bəlli hüquq və səlahiyyətlər, öhdəliklər var”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatına münasibət bildirərkən söyləyib.O qeyd edib ki, həmsədr ölkələrin bu qətiyyətli addımları tərəflərdən - Azərbaycan və Ermənistandan gözləməsi bizim üçün müəyyən qədər anlaşılmazdır. “Çünki Azərbaycan bu məsələdə öz qətiyyətli addımını davamlı şəkildə atıb və bütün mümkün kompromisləri ortaya qoyub. Amma Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində sülh müqaviləsinin bağlanması, münaqişənin həlli getdikcə uzanır”. PA rəsmisi deyir ki, bir tərəfdən sevindiricidir ki, nəhayət, həmsədr ölkələr Dağlıq Qarabağ probleminin həllini müasir dünyanın müasir tələbi kimi dəyərləndirilər və problemin həllində mövcud status-kvonun dəyişdirilməsi tələbini ortaya qoyublar: “Amma məyusedici odur ki, onlar həlledici addımları tərəflərdən gözləyirlər. Əlbəttə, tərəflər bu məsələni həll edə bilsəydi, beynəlxalq orbitrlik funksiyasına, Minsk Qrupuna da ehtiyac qalmazdı. Ona görə də həmsədrlər beynəlxalq hüquq normalarından, ATƏT-in prinsiplərindən, BMT-nin məlum 4 qətnaməsinin tələblərindən çıxış edərək tərəfləri sülh danışıqlarına müəyyən qədər zorlamalıdırlar”. Qeyd edək ki, ötən gün “20-lik Qrupu”nun Meksikanın Los Kabos şəhərində keçirilən zirvə toplantısında ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransua Olland Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış ediblər. Bəyanatda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin başçıları bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə sadiq qalırlar. Onlar münaqişə tərəflərinə müraciət edərək uzunmüddətli və dinc nizamasalma yolunun əldə edilməsi üçün lazım olan vacib qərarların qəbul edilməsini gecikdirməməyə çağırıblar. Eyni zamanda Barak Obama, Vladimir Putin və Fransua Olland təəssüflə qeyd ediblər ki, “Boyük 8-liy”in ötən ilin mayında Fransadakı zirvə toplantısında onların birgə bəyanatında səsləndirilən qəti addımları Azərbaycan və Ermənistan prezidentləri atmayıblar.
URL / WWW
http://kelam.az/article/a-6595.html