Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » BAK üzvləri “Floriade 2012” sərgisində Azərbaycan pavilyonunu ziyarət ediblər
20.06.12 15:17

Benilüks Azərbaycanlıları Konqresi Niderlandın Venlo şəhərində yerləşən "Floriade 2012" Beynəlxalq sərgisində Azərbaycan pavilyonunu ziyarət edib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu sərgidə 50-yə yaxın ölkə və onlarla beynəlxalq təşkilat iştirak edib.Azərbaycan "Floriade 2012" sərgisində təmsil olunan ölkələr sırasındadır. Sərgi şəhərciyinin mərkəzi küçəsində Azərbaycana 700 kvadratmetrdən artıq sahə ayrılıb və bu sahədə Ticarət və Sənaye Palatası tərəfindən öz füsunkarlığı ilə seçilən son dərəcə gözəl bir pavilyon qurulub. Niderlandda "Floriade" sərgisi on ildən bir keçirilir və Azərbaycan ilk dəfə olaraq müstəqil pavilyonla bu sərgidə təmsil olunur. Sərgidə dünyanın 37 ölkəsinin pavilyonları təqdim edilib. BAK sədri Sahil Qasımov və onu müşayiət edən İdarə Heyəti Azərbaycan və Türkiyə pavilyonlarını ziyarət ediblər. Azərbaycan pavilyonu özünəməxsusluğu və son dərəcə milli kaloriti ilə seçilib. S.Qasımov və İH üzvləri Azərbaycanın tarixi keçmişi, bu günu və perspektiv inkişafı ilə bağlı filmlə tanış olublar. "Floriade 2012" sərgisi 3 ay davam edəcək və sentyabrın 1-də Azərbaycanın Milli Günü keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-6594.html