Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Moskva Qəbələ RLS-i Bakının şərtləri ilə icarəyə götürməyəcək
20.06.12 15:17

“Rusiya Azərbaycan tərəfindən irəli sürülmüş Qəbələ RLS-in icarə şərtlərini tamamilə qəbuledilməz hesab edir və heç bir zaman bu şərtləri qəbul etməyəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə “İnterfaks-AVN” agentliyinə Baş Qərargahdan yüksək vəzifəli mənbə məlumat verib. “Dekabr ayında müddəti başa çatan Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı danışıqlarda Azərbaycan tərəfi özünün ilkin mövqeyini kəskin dəyişərək radarın icarəsi üçün 2013-cü il yanvarın 1-dən etibarən ildə 300 mln. dollar tələb edib. Azərbaycanın bu tələbləri qəbuledilməzdir və biz belə şərtlərlə heç vaxt razılaşmayacağıq” - deyə agentliyin bu yaxınlarda Qəbələ RLS üzrə Rusiya-Azərbaycan danışıqlarında iştirak etmiş müsahibi bildirib. O xatırladıb ki, hazırda bu stansiyanın icarəsi ildə 7 mln. dollar təşkil edir. Qəbələ RLS üzrə danışıqların birinci raundu 2012-ci ildə baş tutub. Danışıqlarda Rusiya tərəfini müdafiə naziri Anatoli Serdyukov, Azərbaycan tərəfini baş nazirin müavini Yaqub Eyubov təmsil edib. Danışıqların davam etdirilməsi üzrə mayda təşkil olunmuş ikinci raundda Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov təmsil edib.
URL / WWW
http://kelam.az/article/a-6593.html