Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan Mədəniyyəti Türkiyədə nümayiş olunur
19.06.12 19:43

Ankarada “CerModern” İncəsənət Mərkəzində Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimi keçirilib. “KƏLAMİNFO”nun məlumatına görə, hər iki ölkənin mədəniyyət və turizm nazirləri tədbir çərçivəsində təşkil olunmuş xalq sənəti sərgisinin açılışını bildirən qırmızı lenti kəsdikdən sonra vurğulanıb ki, Ankara və İzmir şəhərlərində keçiriləcək bu tədbir iki ölkənin nazirlikləri arasında imzalanmış mədəni əməkdaşlıq protokoluna əsasən həyata keçirilir. “Bu tədbir, əslində bir xalqın musiqi, mədəniyyət inciləri və mədəni irsinin nümayişdir. Çünki Azərbaycan və Türkiyə xalqları bir milləti təmsil edirlər. Türkiyədə qardaş Azərbaycanın zəngin mədəniyyəti çox yaxşı tanınır və sevilir”-deyə Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay bildirib. “Bu tədbir iki qardaş ölkənin əlaqələrinin tarixində yeni bir səhifə açır. Biz, bütün sahələrdə, o cümlədən mədəni əməkdaşlığın gücləndirilməsində göstərdikləri səylərinə görə, ilk növbədə ölkələrimizin rəhbərlərinə təşəkkürümüzü bildirmək istəyirik. Eyni zamanda, Türkiyə tərəfinə də yüksək təşkilatçılıq və qonaqpərvərlik üçün minnətdarlığımızı bildirir, bu gündən etibarən Azərbaycanda da Türkiyə Mədəniyyəti Günlərinin keçirilməsi üçün hazırlıq işlərinə başlandığını bəyan edirik” - deyə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Qeyd edək ki, Türkiyədə ilk dəfə keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimindən sonra Ankaranın Ulus rayonundakı teatrda təşkil olunan konsertdə Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri çıxış ediblər. Xatırladaq ki, Mədəniyyət Günlərinin ikinci günündə TÜRKSOY-un Ankaradakı iqamətgahında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi münasibətilə elmi konfrans, habelə rəsm, xalça, milli geyim və xalq tətbiqi sənət nümunələrimizdən ibarət sərgi də təşkil olunacaq. Mədəniyyət günləri iyunun 21-də İzmir şəhərindəki tədbirlərlə yekunlaşacaq.
URL / WWW
http://kelam.az/article/a-6591.html