Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda “Kinoşok” festivalının qalib filmlərinin nümayişi başlayıb
19.06.12 23:43

Bu gün Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və MDB-yə üzv, Latviya, Litva və Estoniyanın “Kinoşok” Açıq Kino Festivalı Bakıda festivalın qalib filmlərini nümayiş etdirəcək. “KƏLAMİNFO”nun məlumatına görə, festivalın yaranma tarixinin 20 illiyinə həsr olunan tədbirdə “Kinoşok”u təmsil edən bir qrup kino sənətkarı da iştirak edəcək. Dörd filmdən ibarət yubiley proqramının açılışı artıq rejissor Rüstəm Abdraşevin (Qazaxıstan) “Dirçəliş adası” filmi ilə baş tutub. Saat 21:00-da isə rejissor Yuriy Mamin (Rusiya-Fransa) “Parisə pəncərə” filmi nümayiş olunacaq. Bu gün həmçinin saat 18.00-da tədbirin qonaqları Nizami Kino Mərkəzinin Mətbuat Klubunda mətbuat konfransı keçirəcək. Sabah isə saat 19:00-da rejissor Yusup Razıkov (Özbəkistan) “Natiq” filmi, saat 21:00-da isə rejissor Şarunas Bartas (Litva-Rusiya-Fransa) “Avrasiyalı” filmi göstəriləcək.
URL / WWW
http://kelam.az/article/a-6590.html