Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK Ağstafada elmi-metodiki seminarlar keçirir
27.01.10 03:56

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ağstafa şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan dili və ədəbiyyat, tarix fənləri üzrə elmi-metodiki seminarlar keçirir. TQDK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, xüsusi internet proqramlarının tətbiqi sayəsində iclas salonundan TQDK-nın inzibati binası ilə canlı videobağlantı qurulacaq və müzakirələrə komissiyanın rəhbərliyi də qoşulacaq. Tədbir iştirakçıları TQDK rəhbərliyinə qəbul imtahanlarının təşkili, imtahanda istifadə edilmiş test tapşırıqları, qəbul proqramları barədə fikirləri, rəy və təkliflərini bildirəcək, onlar üçün maraq doğuran məsələlərə dair suallar ünvanlayacaqlar. Seminarlarda komissiyanın məsul əməkdaşları, mütəxəssisləri, ekspertləri, həmçinin Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və digər yaxın rayonların müəllimləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edirlər. Seminarlarda müəllimlərə qəbul proqramlarındakı, dərsliklərdəki dəyişikliklər və əlavələr barədə məlumat veriləcək. 2009-cu ildə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqları elmi-metodiki cəhətdən təhlil olunacaq.Bundan başqa, test tərtibi metodikası, testologiya ilə bağlı fikir mübadiləsi aparılacaq, hər fənnin xüsusiyyətinə uyğun test tərtibinə qoyulan tələblər ətraflı izah olunacaq.
URL / WWW
http://kelam.az/article/a-659.html