Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Suriyada vəziyyət gərgin olaraq qalır
19.06.12 19:43

Suriyada vəziyyət gərgin olaraq qalır. Suriya İnsan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə, ötən gün təhlükəsizlik qüvvələrinin Duma şəhərinə raket zərbələri endirməsi nəticəsində 8 nəfər öldürülüb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bölgədə çəkilmiş həvəskar kadrlarda yaşayış məntəqələrini raket zərbələri sonrasında dağılmış görüntüləri yayımlanıb. Ərəb Liqasının baş katibi Nəbil Əl-Ərəbi bildirib ki, Suriyada atəşkəsə nail olmaq məqsədilə bu ölkəyə sülhməramlı qüvvələrin yeridilməsi hazırkı vəziyyətdə vacib addımlardan biridir. Onun sözlərinə görə, BMT-nin müşahidəçi missiyası iğtişaşlara son qoya bilmədiyi üçün bu ölkə ilə bağlı mandatını dəyişməlidir. “Düşünürəm ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obamanını görüşləri daha vacibdir. Tərəflər zorakılıqlara son qoyulması üçün ortaq qərara gəlməlidir” - deyə Nəbil Əl-Ərəbi bildirib.
URL / WWW
http://kelam.az/article/a-6589.html