Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda uşaq pornoqrafiyası yayanların cəzaları artırılır
19.06.12 19:43

Bu gün Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin iclasında Cinayət məcəlləsinə yeni təkliflər müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə komitə sədri Əli Hüseynli məlumat verib. Müzakirəyə çıxarılan yeni 171-1 maddəsinə görə, uşaq pornoqrafiyasını yaymaq, reklam etmək, satmaq, başqasına vermək, göndərmək, təklif etmək, əldə edilməsinə şərait yaratmaq, yaxud yaymaq və ya reklam etmək məqsədi ilə hazırlamaq, əldə etmək və ya saxlamaq 8 min manatdan 10 min manatadək miqdarda cərimə və ya 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əlavədə göstərilir ki, eyni əməllər təkrar törədildikdə qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə, xeyli miqdarda gəlir əldə etməklə, eyni zamanda yetkinlik yaşına çatmayanların valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsi daşıyan, təhsil, tərbiyə, tibb və ya digər müəssisənin müəllimi tərəfindən törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Təkliflər plenar iclasa tövsiyə olunub.
URL / WWW
http://kelam.az/article/a-6585.html