Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Kibercinayətlərə görə cəzalar sərtləşdirilir
19.06.12 19:43

Bu gün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Cinayət Məcəlləsinə təklif olunan digər dəyişikliyə görə kompyuter sisteminə qanunsuz daxil olma, məlumatları qanunsuz ələ keçirməyə görə, həmin məlumatları saxtalaşdırma, kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi, kompyuter məlumatlarının saxtalaşdırılmasına görə cəzalar sərtləşdiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, dəyişikliyə görə, qeyd olunan qanun pozuntuları iki ilədək müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 1000 manatdan 2000 manatadək cərimə və ya 2 ilədək azadlıqdan məhrumetməyədək cəzalandırılır.Əgər bu cinayət vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilərsə, 3 ilədək müddətdə vəzifə tutma hüququndan məhrum edilməklə 2000 manatdan 3000 manatadək cərimə və ya 2-4 ilədək azadlıqdan məhrumetməyədək cəzalandırılır. Əgər əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə törədilərsə, 3 ilədək vəzifə tutma hüququndan məhrum edilməklə 4-6 ilədək azadlıqdan məhrumetməyədək cəzalandırılır. Dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
URL / WWW
http://kelam.az/article/a-6584.html