Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Böyük Bakı” ilə bağlı ictimai müzakirələr təşkil olunacaq
19.06.12 19:43

Bu il iyul ayının sonunda “Böyük Bakı” regional inkişaf planının növbəti mərhələsi ilə bağlı ictimai müzakirələr təşkil olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib. O qeyd edib ki, “Böyük Bakı” deyildikdə Sumqayıtdan Ələtədək Abşeron yarımadasını əhatə edən təxminən 280 min hektar ərazi nəzərdə tutulur. “Müzakirələrdə inkişaf əraziləri, hansı yerlərdə hansı tikintinin aparılması nəzərdə tutulması müzakirə olunacaq” - deyə D.Dövlətxanov vurğulayıb. O deyib ki, ilk növbədə “Böyük Bakı”nın 2030-cu ilədək inkişaf istiqamətlərini və Bakının potensialını üzə çıxartmaq niyyəti var. “Komitəmizin sifarişi ilə Bakının mərkəz hissəsinin müfəssəl planı başa çatdırılıb və aidiyyəti orqanlar tərəfindən razılaşdırılıb. Bu sənəd artıq Bakı Şəhər İcra Hakimiyyətinə təsdiq edilmək üçün təqdim olunub” - deyə komitənin sədr müavini bildirib. D.Dövlətxanov deyib ki, bütün dünyada paytaxt şəhərinin mərkəz hissəsi ən bahalı ərazilər hesab olunur. “Bu səbəbdən Bakı şəhərinin mərkəz hissəsinin müfəssəl planında mərkəz hissəsində yerləşən birmərtəbəli binaların əvəzinə ilk növbədə ümumşəhər əhəmiyyətli obyektlərin tikintisi və birinci növbədə yaşıllıqların salınması nəzərdə tutulur” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6582.html