Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ötən il Məşğulluq Xidməti orqanlarına müraciət edənlərin 61%-i münasib işlə təmin edilib
26.01.10 20:56

Ötən il Məşğulluq Xidməti orqanlarına 46467 nəfər işaxtaran vətəndaş müraciət edib ki, onlardan da 28382 nəfər münasib işlə təmin edilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli verib. A.Bədəlbəylinin sözlərinə görə, bu dövr ərzində 1508 nəfər işhaqqı ödənilən ictimai işlərə cəlb olunub. İdarə rəisi bildirib ki, hesabat dövründə Məşğulluq Xidməti orqanları tərəfindən 4827 nəfər peşə hazırlığına kurslarına cəlb edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 42,3% çoxdur.O, həmçinin qeyd edib ki, 2009-ci ilin aprel ayında Naxçıvan MR-da Məşğulluq Xidməti orqanları nəzdində Regional Peşə Tədrisi Mərkəzi istifadəyə verilib. “2009-cu il ərzində Bakı və Naxçıvan şəhər, eləcə də Göyçay rayon Regional Peşə Tədrisi Mərkəzlərində 2131 nəfər (1398 nəfər Bakı şəhər, 193 nəfər Naxçıvan şəhər, 580 nəfər Göyçay rayon Regional Peşə Tədrisi Mərkəzlərində) işaxtaran vətandaş tədris mərkəzində peşə hazırlıgı kurslarına cəlb olunub”,-deyə A.Bədəlbəyli qeyd edib. Ötən il respublikanın şəhər və rayonlarında keçirilən 56 “Əmək Yarmarkaları”nda 3022 müəssisənin 24 190 boş (vakant) iş yerləri ilə iştirak etdiyini diqqətə çatdıran A.Bədəlbəyli bu yarmarkalarda 8132 nəfər işaxtaran və işsiz vətəndaşın münasib işlərlə təmin olunduğunu söyləyib. Onun sözlərinə görə, bu zaman 866 nəfər peşə hazırlığı kurslarına, 419 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub.
URL / WWW
http://kelam.az/article/a-658.html