Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda Ombudsmanların X Bakı Beynəlxalq konfransı keçirilir
19.06.12 03:39

Bu gün Bakıda İnsan Hüquqları Günü, Azərbaycan Ombudsmanının fəaliyyətinin 10 illiyi və ölkəmizin YUNESKO-ya üzv olmasının 20 illiyi münasibətilə “Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar” mövzusuna həsr edilən Ombudsmanların X Bakı Beynəlxalq konfransı başlayıb.“KƏLAMİNFO”nun verdiyi məlumata görə, beynəlxalq konfransda baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, ombudsman Elmira Süleymanova, Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri iştirak edirlər. YUNESKO-nun dəstəyi ilə baş tutan beynəlxalq konfransda, həmçinin Avropa, Asiya və ABŞ-dan olan ombudsmanlar və onların nümayəndələri, milli insan hüquqları təsisatlarının təmsilçiləri, insan hüquqları sahəsində tanınmış alimlər və beynəlxalq ekspertlər, Ombudsman təsisatının institusional üzvü olduğu Beynəlxalq və Avropa Ombudsmanlar institutları, Asiya Ombudsmanlar Assosiasiyasının məsul təmsilçiləri iştirak edirlər. Konfransda E.Süleymanova, Ə.Həsənov və YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva giriş nitqi ilə çıxış ediblər. Qeyd edək ki, konfrans çərçivəsində ilk dəfə olaraq Bakıda Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının iclası da keçiriləcək. Bu günədək təşkil olunan Ombudsmanların doqquz Bakı Beynəlxalq konfransında 60-dək ölkənin ombudsmanları və əməkdaşları iştirak edib, İnsan Hüquqları üzrə Müvəkkil və onun nümayəndələri isə 320-dən artıq beynəlxalq tədbirə qatılıblar. Xatırladaq ki, Elmira Süleymanovanın təşəbbüsü ilə cari ilin 18 may - 18 iyun tarixlərində respublikamızda ənənəvi İnsan hüquqları aylığı elan olunub və silsilə tədbirlər davam etdirilməkdədir. İnsan hüquqları aylığının nəticələrinə konfransda yekun vurulacaq.
URL / WWW
http://kelam.az/article/a-6579.html