Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Nazirlikdə kadr dəyişikliyi olub
18.06.12 17:39

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr dəyişikliyi həyata keçirilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi vəzifəsinə, İnformasiya texnologiyaları şöbəsinin müdir müavini Elnur Camalxanov isə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq qanunvericiliyin, o cümlədən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aparılan kadr islahatları gənc və layiqli mütəxəssislərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və idarəetmə sistemində onların bilik və bacarıqlarından daha dolğun şəkildə istifadə edilməsinə, nəticə etibarilə sosial müdafiə tədbirlərinin təşkilində səmərəliliyin artırılmasına xidmət edir.
URL / WWW
http://kelam.az/article/a-6578.html