Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Rusiya istəsə belə Qarabağda müharibəyə müdaxilə edə bilməz”
18.06.12 17:39

“Dəfələrlə Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Lakin əgər kimsə bizim torpaqlarımızı azad etməmək naminə Ermənistanı dəstəkləyəcəksə, təbii ki, Azərbaycana qarşı faktiki olaraq düşmən mövqe sərgiləyəcək. Amma buna baxmayaraq düşünmürəm ki, Rusiya Ermənistanı açıq şəkildə dəstəkləsin”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Rasim Ağayev bildirib. Politoloq qeyd edir ki, Rusiya beynəlxalq miqyasda baş verənlər fonunda Ermənistanı açıq şəkildə dəstəkləmək kimi absurd addımı heç vaxt ata bilməz. “Moskva sadəcə olaraq Minsk Qrupunun həmsədri kimi, böyük qonşu dövlət kimi digər dövlətlərlə yanaşı, açıq şəkildə bizi sülhə, atəşkəsin pozulmamasına çağıracaq, tərəflərin stol arxasında əyləşməsini gündəmə gətirəcək. Ona görə də regionda yaranan insidentin birbaşa Rusiyanın addımı olması ehtimalı o qədər də inandırıcı deyil. Moskva açıq şəkildə Azərbaycanla düşmənçilik edə bilməz” - deyə R.Ağayev vurğulayıb. Ekspert deyir ki, sadəcə olaraq, ola bilər ki, Rusiya Ermənistana gizli şəkildə siyasi, mənəvi, hətta hərbi dəstək verə bilər. “Amma düşünmürəm ki, müharibə başlasa belə, Rusiya açıq şəkildə bu münaqişəyə müdaxilə etsin. Moskva istəsə belə bunu edə bilməz. Çünki Rusiyanın beynəlxalq öhdəlikləri var. Gürcüstan məsələsində bu ona xatırladıldı” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6575.html