Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ATƏT 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək niyyətindədir
15.06.12 03:25

ATƏT müşahidəçiləri 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək niyyətindədir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün Milli Məclisin vitse-spikeri Bahar Muradova ilə görüşdə ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmor bildirib.

O qeyd edib ki, 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün dəvət gözləyirlər. ATƏT sədri növbəti prezident seçkilərində də ötən illərdəki seçkilərdə əldə olunan nailiyyətlərin təkrarlanmasına ümidvar olduğunu bildirib.
B.Muradova isə bildirib ki, ATƏT kimi bütün beynəlxalq təşkilatlar seçkiləri izləmək üçün dəvət olunacaq. “Seçki monitorinqi arasındakı fərqlər hər zaman Azərbaycanı da narahat edir və vahid seçki monitorinqinin formalaşması üçün ciddi işlər görülməlidir. Bu bizim üçün vacib amildir” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6572.html