Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Mədəniyyətin təbliği üçün bloqçu gənclər hazırlanır
15.06.12 02:25

“Azərbaycan mədəniyyətinin və həqiqətlərinin təbliğində internetdən və bloqçuluqdan istifadənin öyrədilməsi” mövzusunda gənclərə peşəkarlar təlim keçirlər. Təlimləri həyata keçirən Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, artıq bu çərçivədə 30 gənc mədəniyyətin təbliğində internetdən istifadə və bu işdə bloqçuluq etməklə bağlı bilgiləndirilib.

Hal-hazırda isə onlara bloq yaratma vərdişləri aşılanır. Müxtəlif universitetləri təmsil edən 30 tələbə layihənin mövzusuna uyğun olaraq təlim keçir və mədəniyyətimizin internet məkanında təbliği istiqamətində kadr kimi hazırlanır. Təlimlər Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının dəstəyilə “Mədəniyyətin təbliği və inkişafında gəncliyin rolu” layihəsi çərçivəsində keçirilir. Qeyd edək ki, layihə çərçivəsində mədəniyyətin təbliğinə və müxtəlif istiqamətlər üzrə müzakirəsinə həsr olunacaq yeni sayt (www.qlobus.info) da yaradılıb. Bundan başqa, ekspertlərin mədəniyyət məsələlərinə aid fikir və təkliflərinin əks olunduğu kitabçanın nəşri və onun QHT-lər, gənclər təşkilatları, müvafiq qurumlar arasında və virtual məkanda yayılması planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-6571.html