Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Əhmədov: Müxalifət Azərbaycan reallığına uyğun olmayan fikirlər səsləndirməyə adət edib
14.06.12 19:25

Müxalifət Azərbaycan reallığına uyğun olmayan fikirlər səsləndirməyə adət edib. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib: “Hesab edirəm ki, Azərbaycanda olan beynəlxalq təşkilatların nümayəndələri ölkədə cərəyan edən proseslərin həqiqi mahiyyətini aydın şəkildə dərk edə bilirlər. Azərbaycanın bütün sahələrdə real vəziyyətini beynəlxalq təşkilatların nümayəndələri öz gözləri görürlər və beləliklə, müxalifətin səsləndirdiyi fikirlərin yalan olması öz təsdiqini tapır. O ki qaldı müxalifətin ayrı-ayrı beynəlxalq qurumlara göndərdiyi hesabatlara və onların rəhbərlərinin Azərbaycana gəldiyi zaman səsləndirdiyi fikirlərə, bu fikirlər Azərbaycan xalqının ölkə reallığını əks etdirən fikirlər deyil. Bu, sadəcə olaraq, müxalifətin çox az hissəsinin səsləndirdiyi fikirlərdir. Bu fikirlər Azərbaycan reallığı ilə üst-üstə düşmür”.
URL / WWW
http://kelam.az/article/a-6570.html