Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Məşğulluq Xidmətləri tərəfindən 5687 nəfərə 4 mln. 50 min manat həcmində işsizlik müavinəti verilib
26.01.10 20:56

Ötən il ərzində Məşğulluq Xidmətləri tərəfindən 5086 nəfərə qanunamüvafiq qaydada işsiz statusu verilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli çıxış edib. Onun sözlərinə görə, bu müddət ərzində 5687 nəfərə 4 mln. 50 min manat həcmində işsizlik müavinəti təyin edilib. O bildirib ki, 2009-cu ildə Bakı, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən “Peşəyönümü metodiki kabinetləri” və Respublikanın rayon (şəhər) Məşğulluq Mərkəzləri vasitəsi ilə 20882 nəfər işaxtaran vətəndaşa, eləcə də orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhətlər verilib. A.Bədəlbəyli ötən ilin oktyabr ayından başlayaraq bu tədbirlərin respublikanın bütün regionlarında təşkil edildiyini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-657.html