Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Artur Rasizadə ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb
15.06.12 04:24

ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmorun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Baş nazir Artur Rasizadə bu il Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın iyirmi ilinin tamam olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Artur Rasizadə bu səfərin münaqişənin həlli istiqamətində müəyyən rol oynayacağına ümidvar olduğunu bildirib. Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın iyirmi illiyinin qeyd edildiyini vurğulayan Eymon Gilmor ölkəmizdəki iqtisadi inkişafın onları sevindirdiyini diqqətə çatdırıb. ATƏT-in fəaliyyətdə olan sədri Bakıda keçirilmiş 57-ci “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunduğunu da qeyd edib.
Sonra tərəflər bir çox məsələ ətrafında fikir mübadiləsi aparıblar.
URL / WWW
http://kelam.az/article/a-6569.html