Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycanın turizm potensialı Honq-Konqda
14.06.12 15:14

Sabahdan etibarən Çinin Honq-Konq şəhərində keçiriləcək “İTE and MİCE” Beynəlxalq Turizm Sərgisində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, “ATA Travel”, “İmprotex” turizm şirkətləri və “Gallery hotel”, “Excelsior” mehmanxanaları da təmsil olunacaq. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 27 kv.m sahə icarəyə götürülüb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və çin dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub. Xatırladaq ki, Azərbaycan ikinci dəfədir ki, “İTE and MİCE” beynəlxalq turizm sərgisində iştirak edir. Sərgi 17 iyun 2012-ci il tarixinədək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-6566.html