Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Əhmədov Yaponiya səfirini qəbul edib
14.06.12 15:14

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabeni partiyanın mənzil qərargahında qəbul edib.YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin 20 illiyindən, bu illər ərzində iki ölkə arasındakı əməkdaşlıq istiqamətləri və onların uğurlu nəticələri haqqında danışılıb. Səfir qeyd edib ki, iki ölkə arasındakı mövcud münasibətləri daha da inkişaf etdirmək və qarşılıqlı əməkdaşlığı intensivləşdirmək üçün əlindən gələni əsirgəməyəcək. Daha sonra görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparıblar.
URL / WWW
http://kelam.az/article/a-6565.html