Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zahid Oruc: “Avropa Parlamenti nüfuzunun qorunmasında kifayət qədər qeyri-dəqiqliyə yol verir”
14.06.12 15:14

“Son vaxtlar bəzi beynəlxalq təşkilatların, xüsusilə də Avropa Parlamentinin bəzi üzvlərinin Azərbaycanla bağlı mövqelərinin qərəzli olmasını onlar tələskənlikləri ilə də büruzə verirlər”. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O qeyd edir ki, onlar son vaxtlar qəribə bir vərdiş ediblər, yəni Azərbaycanda baş verən hadisələrə elə həmin gün Avropa Parlamentinin mövqeyi olur. “Sanki elə bil bizim yanımızdadırlar. Amma başqa məsələlərdə isə Azərbaycan xəritə üzərində böyük ərazilərin böyük faciələrini anlatmalı olur. Demokratiya məsələsində həssaslıq Azərbaycan yeni qaz ehtiyatlarını kəşf edəndən sonra, “Nabucco” məsələsində lazım olanda, Azərbaycandan NATO məsələsində prinsipial mövqe istəniləndə və sair məqamlarda daha tez gündəmə gəlir. Məncə, Avropa Parlamenti belə mövqeyi ilə nüfuzunun qorunmasında kifayət qədər qeyri-dəqiqliyə yol verir” - deyə Z.Oruc vurğulayıb. Deputat deyir ki, ayrı-ayrı faktları ümumiləşdirərək Azərbaycandakı hadisələrin siyasi mahiyyətini səhv təqdim etmək heç Avropa standartlarına da uyğun deyil.
URL / WWW
http://kelam.az/article/a-6564.html