Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Beynəlxalq Ədalət Məhkəməsinin prezidenti ilə görüş keçirib
14.06.12 15:14

Xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığına səfəri çərçivəsində Beynəlxalq Ədalət Məhkəməsinin prezidenti Peter Tomka ilə görüş keçirib. XİN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Peter Tomka Elmar Məmmədyarovu səmimi salamladıqdan sonra BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin strukturu, yurisdiksiyası, hal-hazırda baxdığı işləri və məhkəmə sistemində edilən islahatlar barədə məlumat verərək, Azərbaycanın məhkəmənin fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Elmar Məmmədyarov Azərbaycanın demokratik dövlət kimi qanunun aliliyinə hörmətlə yanaşdığını, müvafiq beynəlxalq mübahisə və münaqişələrin beynəlxalq hüququn prinsip və normaları əsasında həll olunmasının tərəfdarı olduğunu, ölkənin BMT-nin tam hüquqlu üzvü kimi Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətini dəstəklədiyini qeyd edib. Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.
URL / WWW
http://kelam.az/article/a-6563.html