Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov senator Rene van der Lindenlə görüş keçirib
14.06.12 15:14

Xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının İqtisadi Məsələlər, Kənd Təsərrüfatı və İnnovasiya Nazirliyinin Xəzər regionu, Türkiyə və Rusiya üzrə enerji məsələlərinə dair xüsusi elçisi, Senator Rene van der Lindenlə görüş keçirib. XİN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, senator Rene van der Linden Azərbaycanın regionda aparıcı dövlət olduğunu, ölkədə bütün sahələrdə gedən islahatlar və inkişafı böyük maraqla izlədiyini nəzərə çatdıraraq, cari ilin 6-7 iyun tarixlərində Bakıda keçirilmiş “Xəzər Beynəlxalq neft və qaz Konfransı”na qatıldığını və uğurlu keçən səfər çərçivəsində prezident İlham Əliyev və yüksək vəzifəli dövlət nümayəndələri ilə görüşlər keçirdiyini bildirib. Səfərdən gözəl təəssüratlarla və yeni əməkdaşlıq ideyaları ilə qayıtdığını qeyd edən van der Linden, Elmar Məmmədyarovun Niderland Krallığına etdiyi səfərdən və keçirdiyi yüksək səviyyəli görüşlərdən sonra iki dövlət arasında münasibətlərin daha da genişlənəcəyinə əminliyini bildirib. Elmar Məmmədyarov Azərbaycanda gedən islahatlardan, ikitərəfli siyasi və iqtisadi əlaqələrdən, gələcək perspektiv layihələrdən söhbət açaraq, Rene van der Lindeni iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə tövhə verməyə çağırıb. Görüş zamanı enerji, qlobal təhlükəsizlik, dünyada gedən siyasi və iqtisadi hadisələrə dair fikir mübadiləsi aparılmış və qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.
URL / WWW
http://kelam.az/article/a-6562.html