Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Niderland Krallığındakı Səfirliyimizin yeni binasının açılış mərasiminə qatılıb
14.06.12 15:14

Xarici işlər naziri Elmar Məmmədyarovun Niderland Krallığına səfəri çərçivəsində Niderland Krallığındakı Səfirliyimizin yeni binasının açılış mərasimi keçirilib. XİN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycanın mülkiyyəti olan, 2000 kvadrat metr ərazidə yerləşən və 3 binadan ibarət Səfirlik kompleksi, Haaqa şəhərinin ən mötəbər ərazisində yerləşir. Əsas binada müxtəlif tədbir və görüşlərin keçirilməsi üçün zallar və otaqlar, konfranslar və seminarlar kemirilməsi və filmlərin nümyişi üçün xüsusi təchiz edilmiş video-zal, diplomatik heyətin iş otaqları və Səfirin igamətgahı yerləşir. Səfirliyin həyatyanı sahəsində isə xüsusi dizayn üslubu ilə işlənmiş yaşıllıq zonası yaradılıb. Tədbiri Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov açaraq, səfirliyin fəaliyyəti barədə qısa məlumat verib və tədbir iştirakçılarını bir daha salamlayıb. Təntənəli açılış mərasiminə Niderland tərəfindən çıxış edən Niderland Krallığının Xarici İşlər Nazirliyinin Baş Katibi Ed Kronenburq, Azərbaycanın Niderland Krallığındakı səfirliyinin yeni inzibati binasının rəsmi açılışı münasibəti ilə Azərbaycanı Niderland Hökuməti adından səmimi təbrik edib. Niderlandın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini vurğulayan Ed Kronenburq, Azərbaycan xalqını Respublika Günü münasibəti ilə təbrik edib, iki dövlət arasında 20 illik tarixi olan münasibətlərimizin daha da möhkəmlənməsi arzusunu izhar edib. Elmar Məmmədyarov, Azərbaycanın Niderland Krallığı arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, Azərbaycanın mülkiyyəti olan bu böyük diplomatik kompleksin açılış mərasiminin Niderland dövlətinə verilən önəmin təzahürü olduğunu bildirib. Azərbaycanın günü-gündən inkişaf etdiyini, iqtisadi cəhətdən gücləndiyini, bu inkişafın Respublikanın xarici əlaqələrinin daha da genişlənməsinə təkan verdiyini deyib. Səfirlik binasının rəsmi açılış mərasimi ilə yanaşı, bu il Azərbaycan ilə Niderland Krallığı arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyinin qeyd edildiyini nəzərə çatdıran Nazir, bu əlamətdar gündə Azərbaycan üçün daha bir tarixi əhəmiyyət daşıyan günlərdən biri olan Respublika Gününün də məhz Hollandiyada qeyd etməsindən məmnun olduğunu vurğulayıb. Tədbirə Niderland Krallığı Hökumətinin və Kraliça Sarayının ali üzvləri, Parlament nümayəndələri, Niderland Krallığında akkreditə olmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, Haaqada yerləşən beynəlxalq məhkəmələrin prezidentləri və hakimləri, Niderlandın ali təhsil akademiyaları və universitetlərinin rəhbərləri və müxtəlif alimlər, Niderlandın nəhəng biznes şirkətlərinin və qeyri-hökumət təşkilatlarının rəhbərləri və müxtəlif iş adamları, yerlik mətbuat nümayəndələri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-6561.html