Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » AŞPA həmməruzəçiləri Azərbaycanda aparılan islahatlarla bağlı fikirlərini açıqlayıblar
14.06.12 15:14

Bu gün Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə görüşüblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.Ə.Hüseynli qonaqlara AŞPA ilə səmərəli əməkdaşlıq etdiyini və gələcəkdə bu əlaqələri daha da möhkəmləndirmək niyyətində olduğunu qeyd edib. Qonaqların diqqətinə çatdırılıb ki, məqsədyönlü siyasət nəticəsində ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, demokratiyanın inkişafı istiqamətində əməli addımlar atılır. Bu sahədə həyata keçirilən islahatların hüquqi bazasını təşkil edən qanunvericilik aktları qəbul edilir. Təqdirəlayiq haldır ki, Azərbaycanın məhkəmə sistemi sahəsində apardığı islahatlar AŞPA tərəfindən digər ölkələrə nümunə kimi göstərilir. Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanda aparılan islahatlar və insan haqlarının qorunması sahəsində görülən işlər barədə fikirlərini açıqladılar. Onlar təmsil etdikləri qurumun ölkəmizdə gedən demokratik proseslərə dəstək vermək niyyətində olduğunu söylədilər. Sonra görüşdə Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsi, ikitərəfli əlaqələrin inkişafı, Avropaya inteqrasiya və digər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-6560.html