Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisdə AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüş olub
15.06.12 01:14

Bu gün Milli Məclisdə ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrexlə görüşüblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Görüşdə AŞPA-da nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qonaqları salamlayaraq, belə səfərlərin ikitərəfli əlaqələrin inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb. O, qonaqlara ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsi istiqamətində görülən işlərdən söhbət açıb. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində bir milyon qaçqının hüquqlarının pozulduğunu və beynəlxalq qurumların bu məsələyə lazımi diqqət göstərmədiyini qeyd edib. S.Seyidov ölkəmizin Avropa Şurası ilə ikitərəfli əlaqələrinin bundan sonra da inkişaf etdirmək niyyətində olduğunu vurğuladı. Öz növbəsində Pedro Aqramunt Font de Mora səmimi görüşə görə minnətdarlığını bildirib. Görüş ikitərəfli dialoq şəkilində davam etdirilib.
URL / WWW
http://kelam.az/article/a-6559.html