Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ombudsmanların X Bakı Beynəlxalq konfransı keçiriləcək
15.06.12 01:13

İnsan Hüquqları Günü, Azərbaycan Ombudsmanının fəaliyyətinin 10 illiyi və ölkəmizin YUNESKO-ya üzv olmasının 20 illiyi münasibətilə Müvəkkil tərəfindən 18-20 iyun tarixlərində “Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar” mövzusuna həsr edilən Ombudsmanların X Bakı Beynəlxalq konfransı keçiriləcək. Ombudsman Aparatının mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, YUNESKO-nun dəstəyi ilə keçiriləcək beynəlxalq konfransda Avropa, Asiya və Amerikanın 20 ölkəsindən 56 xarici qonaq - ombudsmanlar və onların nümayəndələri, milli insan hüquqları təsisatlarının təmsilçiləri, həmçinin insan hüquqları sahəsində tanınmış alimlər və beynəlxalq ekspertlər iştirak edəcəklər. Bunlardan Meksika, Çin, Yaponiya, Koreya, Malayziya və Türkiyə ilk dəfə olaraq Ombudsmanların Bakı konfransına qatılırlar.Ombudsman təsisatının institusional üzvü olduğu Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyasının məsul təmsilçiləri də konfransa qatılacaqlar. Konfrans çərçivəsində ilk dəfə olaraq Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının iclası Bakıda keçiriləcək. Beynəlxalq konfransda həmçinin Azərbaycan Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, dövlət qurumları, beynəlxalq təşkilatlar, QHT-lər, vətəndaş cəmiyyəti, icmalar və KİV-in təmsilçiləri iştirak edəcəklər. Qeyd edək ki, həmin beynəlxalq konfransların yeddisi YUNESKO-nun dəstəyi ilə keçirilib. Bu günədək təşkil olunan Ombudsmanların doqquz Bakı Beynəlxalq konfransında 60-dək ölkənin ombudsmanları və əməkdaşları iştirak edib, İnsan Hüquqları üzrə Müvəkkil və onun nümayəndələri isə 320-dən artıq beynəlxalq tədbirə qatılıblar. Xatırladaq ki, Elmira Süleymanovanın təşəbbüsü ilə cari ilin 18 may - 18 iyun tarixlərində respublikamızda ənənəvi İnsan hüquqları aylığı elan olunub və silsilə tədbirlər davam etdirilməkdədir. İnsan hüquqları aylığının nəticələrinə konfransda yekun vurulacaq.
URL / WWW
http://kelam.az/article/a-6558.html