Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əfqanıstan Azərbaycanın dövlət qulluğu təcrübəsini öyrənir
12.06.12 16:20

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Əfqanıstan İslam Respublikasının İnzibati İslahatlar Katibliyinin baş direktoru Sayed Zabiullah Savayzininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. DQMK-nin mətbuat katibliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibində Əfqanıstan Dövlət İdarəçiliyi İslahatlarının direktoru Əhməd Məsud Toxi, Əyalət üzrə əlaqələndirici Favad Karmand, Əməliyyatlar üzrə direktor Ansarullah Foşanji, Media əlaqələri və kommunikasiya üzrə direktor Əzizullah Ariafar, Yerli təlimlər üzrə direktor Qulam Faroq Qani, Aparat rəhbəri Mamun Rəşid və məsləhətçi Xeyrulla Tac olub. Görüşdə B.Xəlilov Azərbaycanda dövlət qulluğu ilə bağlı həyata keçirilən islahatlar, qarşıda duran məqsəd və vəzifələr barədə qonaqlara geniş məlumat verib. Səfərin əsas məqsədinin iki ölkə arasında dövlət qulluğu sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirmək, Azərbaycanın dövlət qulluğu və kadrların idarə edilməsi sistemi ilə yaxından tanış olmaq və Azərbaycan təcrübəsini öyrənməkdən ibarət olduğunu qeyd edən S.Z.Savayzi qarşılıqlı səfərlərin iki qurum arasında inkişaf etməkdə olan əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb. Görüşdən sonra qonaqlar Komissiyanın dövlət qulluğuna qəbulla bağlı test imtahanlarının keçirildiyi “Test mərkəzi” ilə də tanış olub, “Dövlət Qulluğuna Qəbul – Test İmtahanı Sistemi”nin (DQQTİS) “Test imtahanı kliyenti” altsisteminin işini yüksək qiymətləndirib və bu sahədə Komissiyanın təcrübəsindən yararlanacaqlarını qeyd ediblər. Həmçinin DQMK əməkdaşları tərəfindən Əfqanıstandan olan nümayəndə heyəti üçün “Xidməti fəaliyyətin qiymətləndirilməsi sistemi”, “Dövlət qulluğu sisteminin hüquqi tənzimlənməsi”, “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzularında təqdimatlar edilib. Qeyd edək ki, səfər BMT-nin İnkişaf Proqramının Əfqanıstan üzrə nümayəndəliyinin Əfqanıstan hökuməti ilə birgə həyata keçirdiyi “Milli İnstitusional Quruculuq” layihəsi çərçivəsində təşkil olunub.
URL / WWW
http://kelam.az/article/a-6555.html