Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda Səudiyyə Ərəbistanı Krallığının Orta və Qərbi Asiyada fəaliyyət göstərən səfirlərin toplantısı keçirilib
12.06.12 16:20

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Orta və Qərbi Asiyada fəaliyyət göstərən səfirlərin toplantısı keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycanda səfərdə olan Krallığın xarici işlər nazirinin köməkçisi, şahzadə Xalid bin Xalid əl-Səud qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox yaxşı münasibətlər var. İki xalq arasında mədəni, iqtisadi əlaqələrin böyük tarixə malik olduğunu deyən şahzadə vurğulayıb ki, bu fakt və ölkə başçılarının arasındakı münasibətlər əməkdaşlığımızın daha da yüksək olmasına sövq edir. Son illər ərzində Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında bir sıra mühüm sənədlərin imzalandığını xatırladan şahzadə ikitərəfli iqtisadi əlaqələrin də sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Toplantıdan sonra təşkil olunmuş şam yeməyində çıxış edən Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Fəhd bin Əli əl-Düsəri vurğulayıb ki, diplomatların məhz Bakıda toplanması ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsidir. Şam yeməyində Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, xarici işlər nazirinin müavini Hafiz Paşayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, ərəb ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-6554.html