Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər qəbul edilib
13.06.12 16:20

Milli Məclisin bu gün keçirilən iclasında “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Qanuna təklif olunan dəyişikliklərə görə informasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərinin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Müzakirələr zamanı deputat Aqil Abbas bildirib ki, qeyd olunan dəyişikliklərin müzakirəsi gözlənilən “Diffamasiya haqqında” qanunla tərs mütənasiblik təşkil edəcək. “Mən dəyişikliklərin əleyhinə deyiləm, amma bunun “Diffamasiya haqqnda” qanunla uyğunluğu necə olacaq?” - deyə o əlavə edib. Spiker Oqtay Əsədov isə ona cavab olaraq bildirib ki, “Diffamasiya haqqında” adlı qanun hazırda müzakirə olunmur. “O barədə heç bir söz-söhbət yoxdur” - deyə spiker vurğulayıb. Deputat İqbal Ağazadə dəyişikliklərin əleyhinə çıxış edib. Digər deputatlar Mübariz Qurbanlı, Rəfail Cəbrayılov isə lehinə çıxış ediblər. Deputat Zahid Oruc isə bildirib ki, dəyişiklərin lehinədir, lakin bütün bunlara baxmayaraq, lazım olmayan informasiyaların yayılmasında jurnalistlər yox, informasiyanı yayan mənbə məsuliyyət daşıyır. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.
URL / WWW
http://kelam.az/article/a-6552.html