Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Şirkət təsisçiləri barədə məlumatlar kommersiya sirri sayılacaq
12.06.12 16:20

Bu gün Milli Məclisin növbədənkənar iclasında “Kommersiya sirri haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O qeyd edib ki, qanun 4-cü “Kommersiya sirri hesab edilən məlumatlar” maddəsinə əlavələr edilib. Maddəyə olunan əlavəyə əsasən, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar kommersiya sirri hesab olunacaq. Deputat Asim Mollazadə iclasda çıxışında qanun layihəsinə öz etirazını bildirib. O, qanuna dəyişikliyi çirkli pulların yuyulması, korrupsiya ilə mübarizə baxımından mənfi hal olacağını vurğulayıb. O bildirib ki, Avropa ölkələrinin qanunvericiliyində belə müddəalar öz əksini tapmır. Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı isə bildirib ki, Azərbaycan müstəqil dövlətdir və milli maraqlarından irəli gələrək çıxış edir. “Qanuna dəyişiklik kommersiya strukturlarını şantajdan qorumaq məqsədi daşıyır” - deyə M.Qurbanlı vurğulayıb. Onun sözlərinə görə, bu, iqtisadi maraqlara, xüsusən sahibkarların maraqlarına cavab verir. Vitse-spiker Valeh Ələsgərov deyib ki, xarici ölkələrdə şirkət yalnız fond birjasının iştirakçısı olduğu təqdirdə öz təsisçiləri və onların payı barədə məlumatı açıqlayır. “Avropa ölkələrində əgər kimsə həmin qaydaları pozub məlumat yayırsa, məsuliyyətə cəlb olunur” - deyə o əlavə edib. İqbal Ağazadə isə bildirib ki, müvafiq dövlət orqanında qeydiyyatdan keçmiş sənəd sirr hesab oluna bilməz. “Sirr onun yeni layihələri, nou-xau hesab oluna bilər. Bir şirkətin fəaliyyəti ilə bağlı məlumat alan zaman əgər o, Azərbaycan qanunları ilə fəaliyyət göstərirsə, niyə gizlin saxlanılır” - deyə o əlavə edib. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.
URL / WWW
http://kelam.az/article/a-6551.html