Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Məşğulluq Mərkəzləri ötən il işsiz və işaxtaranların yalnız 1,3%-ni əhatə edə bilib
26.01.10 20:56

Məşğulluq Mərkəzləri ölkədə işsiz və işaxtaranların yalnız 1,3%-ni əhatə edə bilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli verib. A.Bədəlbəylinin sözlərinə görə, 2009-cu ildə ölkədə işsizliyin səviyyəsi 6,1%-dən 6%-ə enib. İdarə rəisi Məşğulluq Mərkəzləri tərəfindən işsizlərə verilən müavinətlərin məbləğinin də son illər ərzində 24 manatdan 55 manata qədər artırıldığını bildirib. A.Bədəlbəyli işsizlik müavinətinin bir dəfəlik verilməsi istiqamətində Beynəlxalq Əmək Təşkilatı ilə danışıqlar aparıldığını da qeyd edib. O, bildirib ki, altı ay ərzində 55 manatlıq müavinətlər toplanaraq bir dəfəlik müavinət şəklində işsiz vətandaşa veriləcək və onun fərdi məşğulluğuna yardım ediləcək. A.Bədəlbəyli bunun üçün işsiz vətəndaşın mütləq fərdi əmək ilə məşğul olması istiqamətində biznes-planın təqdim olunmasını vacib sayıb. Baş Məşğulluq İdarəsinin rəisi həmçinin cari ilin fevral-mart aylarında İsmayıllı rayonunda məşğulluq məsələlərinə dair müvafiq tədbirin keçiriləcəyini də vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-655.html