Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » TÜRKPA-nın III plenar sessiyasının proqramı təsdiqlənib
13.06.12 16:19

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Qırğızıstanın Bişkek şəhərində 14-15 iyunda keçiriləcək III plenar sessiyasının proqramı təsdiq olunub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. İyunun 14-də baş tutacaq Assambleya Şurasının III iclasında dörd daimi komissiyanın katibi vəzifəsinə seçkilər keçiriləcək, Katibliyin 2011-ci il üçün maliyyə və fəaliyyət hesabatları təsdiq ediləcək, həmçinin IV Plenar Sessiyasının keçirilmə tarixi və yeri müəyyənləşdiriləcək. İyunun 15-də keçiriləcək TÜRKPA-nın III Plenar Sessiyasında isə üzv ölkələrinin sədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcək, TÜRKPA-nın son bir illik fəaliyyətinin təqdimatı olacaq, bundan başqa, Beynəlxalq əlaqələr, İqtisadiyyat, ticarət və maliyyə məsələləri, Sosial, mədəniyyət və humanitar məsələlər, Hüquq məsələləri komissiyalarının hesabat və tövsiyə qərarlarının, həmçinin TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının Türkiyə, Qırğızıstan və Qazaxıstanda keçirilmiş prezident və parlament seçkilərinə dair rəylərinin dinlənilməsi və təsdiqi də planlaşdırılır. Həmçinin iclasda komissiyaların sədr müavini vəzifəsinə namizədlərin seçimi plenar sessiyada baş tutacaq. Sessiyanın işində TÜRKPA-ya üzv ölkələrdən olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament sədrlərinin başçılığı altında nümayəndə heyətlərinin, həmçinin Türk Konseyi, TÜRKSOY, İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər Birliyi, Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub. Plenar sessiyada Katibliyin 2013-cü il üçün büdcə layihəsinin təsdiqi də gözlənilir. Sonda TÜRKPA-nın III Plenar Sessiyasının yekun sənədi olan –Bişkek Bəyannaməsinin qəbulu nəzərdə tutulub. Plenar Sessiyadan sonra üzv ölkələrin parlament sədrləri və TÜRKPA baş katibinin iştirakı ilə sessiyanın yekununa dair mətbuat konfransı keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-6549.html