Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Fransa parlamenti də solçuların nəzarətinə keçir
12.06.12 02:54

Fransada parlament seçkilərinin ilk turunda sol partiyalar qalib gəlib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, dünən keçirilən birinci turun nəticələri keçən ay prezident seçilən Fransua Ollandın vəd etdiyi islahatları həyata keçirmək üçün parlamentdə mütləq çoxluğa sahib olacağını ortaya qoyub. 7 partiya blokunun yarışdığı birinci turda sol ittifaq səslərin 47,1 faizini alıb. Mərkəz sağdakı Xalq Hərəkatı Birliyi və digər kiçik sağ partiyaların qurduğu koalisiya isə 35,40 faiz səs alıb. Radikal sağçılar isə 13,40 faiz səs alıb. İlk turdakı nəticələr gələn həftə keçiriləcək ikinci turda da təkrarlanarsa, sol ittifaq parlamentdə 305-353 mandata sahib olacaq. Sağ partiyaların isə 222 ilə 266 arasında yer qazanması gözlənilir. Fransa parlamentində 577 millət vəkili təmsil olunur. Seçki sisteminə görə, ilk turda seçki bölgəsində 50 faizdən çox səs alan namizəd birbaşa deputat seçilir.
URL / WWW
http://kelam.az/article/a-6548.html