Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-dan bakalavrlara xəbərdarlıq !
12.06.12 02:54

Ali təhsil müəssisələrinin magistraturalarına proqram seçimi 12 iyun saat 24:00-da başa çatacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Bu il martın 4-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyərək imtahanın ikinci mərhələsinə buraxılmış bakalavrlar iyunun 4-dən proqram seçiminə başlayıblar. Bakalavrlar qeyd olunan müddətə qədər elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (həmin proqramların siyahısı “Magistr” jurnalının 2012-ci il 4-cü sayında dərc olunub). Proqram seçib təsdiq etmiş bakalavrlar bu il iyunun 20-dən 23-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edib götürməlidirlər. Qəbul imtahanının ikinci mərhələsi iyunun 24-da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək. İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablan­dırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
URL / WWW
http://kelam.az/article/a-6543.html