Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Avropa operatorları beynəlxalq telekommunikasiya normalarına yenidən baxmağı təklif edirlər
11.06.12 19:54

Avropa Rabitə Operatorları Assosiasiyası (ETNO) beynəlxalq telekommunikasiya normalarına yenidən baxmağı və trafiki provayderlərin şəbəkəsində artıq yükləmə yaradan iri internet-şirkətlərindən (məsələn Google və ya Facebook kimi) ödəniş almağı təklif edib. “KƏLAMİNFO”nun məlumatına görə, ETNO təklifini Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) göndərib və layihə 2012-ci ilin dekabrına təyin edilən iclasda müzakirə ediləcək. Assosiasiya telekommunikasiya sahəsinin beynəlxalq telekommunikasiya reqlamenti tərəfindən tənzimləndiyini, ona son dəyişikliklərin 1988-ci ildə edildiyini, sənədin isə zamanın tələblərinə cavab vermədiyini bildirir. ETNO üzvləri qeyd edirlər ki, müasir şəbəkələr vasitəsilə böyük həcmli trafik ötürülür. Ötürməni təmin etmək üçün provayder keyfiyyətli infrastruktur yaratmalıdır. İnfrastrukturun tikilməsi və inkişafı isə öz növbəsində böyük vəsait tələb edir.Assosiasiya nümayəndələrinin fikrincə, trafiki təmin edən internet-şirkətlər infrastruktur xərclərini provayderlər arasında bölüşdürməlidir və xərclərin bölüşdürülməsi ilə bağlı müddəa beynəlxalq telekommunikasiya reqlamentinə daxil edilməlidir. Qeyd edək ki, ETNO-ya Avropanın 38 telekommunikasiya şirkəti daxildir.
URL / WWW
http://kelam.az/article/a-6542.html