Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elxan Süleymanov: Avropanın səmimiliyinə Azərbaycanın inamı azalıb
12.06.12 03:54

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov Avropanın tanınmış müstəqil siyasət jurnalı “Europe’s World”ə müsahibə verib. “KƏLAMİNFO” xəbər verir ki, millət vəkili müsahibədə Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti, ötən ay Bakıda keçirilən Avronest Parlament Assambleyası sessiyasının işi, nativ enerji mənbəyi kimi ölkəmizin rolu, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktına Avropa ölkələrinin biganə münasibətindən danışıb. E.Süleymanov Avronest PA-nın Avropa İttifaqı sərhədlərindən kənarda ilk iclasının Bakıda keçirilməsini təsadüfi hesab etmədiyini bildirib, məkanın seçilməsinə Azərbaycan iqtisadiyyatının sürətli inkişafının təsir göstərdiyini qeyd edib. E.Süleymanov, həmçinin Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu və hazırda BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi fəaliyyət göstərdiyini söyləyib. O, Azərbaycanın Avropa dəyərlərini bölüşən, etnik zənginliyə sahib, dini tolerantlığın hökm sürdüyü siyasi cəhətdən sabit ölkə olduğunu vurğulayıb. Millət vəkili Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyi məsələsində önəmli rol oynaya biləcəyinə diqqət çəkərək, ölkəmizin zəngin neft və qaz ehtiyatları və strateji mövqeyi ilə Avropa üçün həm nativ enerji təchizatçısı, həm də tranzit ölkəsi olduğunu bildirib. Ermənistanın Azərbaycana təcavüzü sayəsində torpaqlarımızın beşdə bir hissəsinin işğal altına düşməsini, bir milyondan çox soydaşımızın öz yurd-yuvalarından qovulduğunu xatırladan E.Süleymanov Avropa liderlərinin bu faktı sükutla qarşılamasını tənqid edib. Millət vəkili BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, ATƏT və Avropa Şurası kimi mötəbər təşkilatların Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını aydın şəkildə qınasa da, Avropa İttifaqının bu günə kimi Ermənistana qarşı sanksiya və təzyiqlərdən istifadə etməməsini Azərbaycanın Avropanın səmimiliyinə inamını azaltdığını qeyd edib. E.Süleymanov erməni lobbilərinin yalan informasiya və məsələyə dini faktorları cəlb etməsinin Avropa siyasi dairələrində Azərbaycanla bağlı yaranan rəyə təsir göstərdiyini, lakin reallığın tamamilə fərqli olduğunu bildirib. O, Azərbaycandakı etnik və dini tolerantlığı ölkəmizin dünyəvi dəyərlərə hörmətinin nümunəsi olduğunu vurğulayıb. Qeyd edək ki, 6 ildir nəşr olunan bu jurnal Avropanın 150-dən çox akademik institutları və düşüncə mərkəzləri ilə birgə hazırlanır və siyasi, iqtisadi və sosial mövzularda gündəm yaradan yazıları ilə tanınır. Jurnal 100 minlik oxucu kütləsinə sahibdir.
URL / WWW
http://kelam.az/article/a-6541.html