Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Türkiyə Jandarma Qüvvələrinin baş komandanı Azərbaycanda səfərdədir
11.06.12 19:54

Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncu Azərbaycana səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, B.Kalyoncunun başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib. Səfər çərçivəsində B. Kalyoncunun daxili işlər naziri, general-polkovnik Ramil Usubov, daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənovla görüşü planlaşdırılır. B. Kalyoncunun, həmçinin, müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və Azərbaycan prezidenti İlham Əliyevlə ilə görüşləri gözlənilir. Səfər iyunun 13-dək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-6540.html