Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycan Tələbələr Birliyi BMT-nin tanıdığı təşkilatla əməkdaşlıq edir
26.01.10 20:56

Bu gündən etibarən Azərbaycan Tələbələr Birliyi (ATB) The International Association for the Ex of Students for Technical Experience-Tələbələrin Texniki Təcrübəsinin Mübadiləsi Beynəlxalq Assosasiyasında (İAESTE) tam hüquqlu üzvu olaraq ölkəmizi təmsil edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Birliyin mətbuat xidmətindən veriblər. Azərbaycan İAESTE-yə üzv olan 85-ci ölkə kimi qeydiyyata alınıb. İAESTE bütün dünyada tələbə mübadiləsini həyata keçirən beynəlxalq təşkilatdır. Bu ildən etibarən azərbaycanlı tələbələr xarici ölkələrin müxtəlif universitetlərində və ya biznes qurumlarında təcrübə keçmək imkanı əldə edəcəklər. Həmçinin, xarici tələbələr də Azərbaycanda belə bir fəaliyyəti həyata keçirə biləcəklər. Qeyd edək ki, İAESTE Birləşmiş Millətlər Təşkilatının beynəlxalq aləmdə tanıdığı ən böyük tələbə qurumudur. Təşkilat Avropa Birliyinin, Beynəlxalq Əmək Təşkilatının, UNESCO-nun, BMT-nin Sənaye İnkişafı Təşkilatının təhsil sahəsində birbaşa tərəfdaşıdır. İAESTE-nin 22-29 yanvar 2010-cu il tarixlərində İsveçrənin Sürix şəhərində Ümumi Konfransı keçirilir. Konfransda Azərbaycan Tələbələr Birliyinin baş katibi Vüqar Rüstəmli iştirak edir.
URL / WWW
http://kelam.az/article/a-654.html