Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zahid Oruc: “İranın “Səhər” telekanalına adekvat telekanal açmalıyıq”
11.06.12 23:54

“Əgər BMT Təhlükəsizlik Şurasının İrana qarşı hansısa müvafiq qətnaməsi səsverməyə çıxarılarsa, Azərbaycan Qərbin yanında yer almalıdır”. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid oruc bildirib. Deputat baş verənlərə istinad edərək deyib ki, İran-Azərbaycan münasibətlərində gərginliyi azalmayacaq. “Bu fonda Qərb və Türkiyə ilə hərbi ittifaqın gücləndirilməsini zəruri hesab edirəm. İranın Azərbaycana qarşı artan təzyiqlərinin qarşısında Türkiyənin dəstəyinə ehtiyacımız var. Azərbaycan bölgənin açar ölkəsidir və mən inanıram ki, Türkiyə Azərbaycana gərəkli hər cür yardımı verəcək”-deyə Z.Oruc vurğulayıb. O qeyd edib ki, eyni zamanda Bakı özü də İranın siyasətinə qarşı adekvat addımlar atmalıdır. “Onların Azərbaycan əleyhinə işləyən “Səhər” kanalı varsa, biz də İranın siyasətini, Güney Azərbaycan problemini işıqlandıran bir başqa adekvat telekanal açmalıyıq, güney amilinə diqqəti artırmalıyıq. Qərb təbliğat məkanında hər il İran əleyhinə külli miqdarda maliyyə xərcləyir. Azərbaycan bu maliyyələşmənin mərkəzlərindən birinə çevrilməlidir. İran əleyhinə bu kanalların işləməsində biz də rol almalıyıq, çünki bizi buna məcbur edir İran”-deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6539.html