Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Qüdrət Həsənquliyev: “İrandan olan təhdidlər qarşısında Qərbdən heç bir dəstək görmədik”
08.06.12 20:25

“Azərbaycan Qərblə əməkdaşlığa yüksək önəm verdiyi halda İrandan olan təhdidlər qarşısında heç bir dəstək görmədi. Hətta qardaş Türkiyə belə İrandan Azərbaycana olan təhdidlərlə bağlı bir dəfə də olsun bəyanat vermədi”. “KƏLAMİNFO” xəbər verir ki, bunları bu gün Bakıda keçirilən “Azərbaycan və NATO əlaqələri Çikaqo Sammitindən sonra, Perspektivlər üçün yeni imkanlar” adlı beynəlxalq konfransda Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü, deputat Qüdrət Həsənquliyev bildirib. O qeyd edib ki, hətta Almaniya müasir hərbi komponentləri Azərbaycana vermək niyyəti olduğu üçün Türkiyəyə satmaqdan imtina edib. “Bundan başqa, biz tərəfdaş olduğumuz NATO-dan belə silah ala bilmirik. NATO bizim ilə quru əməkdaşlıqla kifayətlənməməlidir” - deyə Q.Həsənquliyev vurğulayıb. O, həmçinin ABŞ-ı da bu məsələdə ittiham edib. “Necə olur ki, torpaqlarını 20 faizi işğal olunan Azərbaycandır, amma ABŞ bizim əvəzimizə “Azadlığa yardım” aktına 907-ci düzəlişi edərək işğalçı Ermənistana yardım edir. Biz isə ABŞ-dan heç silah belə ala bilmirik” - deyə o əlavə edib. Onun sözlərinə görə, Azərbaycan ABŞ və Qərb ilə yaxından əməkdaşlıq etdiyi halda hələ də İran və Rusiyanın təhdidləri qarşısındadır.
URL / WWW
http://kelam.az/article/a-6536.html