Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “NATO Azərbaycan ilə əməkdaşlıqdan razıdır”
09.06.12 03:25

“NATO Azərbaycan ilə əməkdaşlıqdan razıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi Villiam Lahua bildirib. Lahua bunu onunla daha çox əsaslandırıb ki, Azərbaycan Əfqanıstanda aparılan sülhməramlı əməliyyatlarda NATO-ya böyük kömək edir. “Azərbaycanla münasibətlər inkişaf edir və biz onların gələcəkdə də inkişaf etməsini istəyirik. NATO Ermənistan ilə Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi üzrə birbaşa danışıqlarda iştirak etmir, ancaq ATƏT-in Minsk qrupuna dəstək göstərir” - deyə V.Lahua vurğulayıb. O, Azərbaycanın Qoşulmayanlar Hərəkatına qoşulmasına toxunaraq deyib ki, bu, Azərbaycanın öz seçimidir və onun NATO ilə münasibətlərinə heç bir təsir göstərməyəcək. NATO rəsmisi təmsil etdiyi quruma edilən iradlara da toxunub. “Bəzən NATO-nu qeyri-çeviklikdə günahlandırırlar, əməkdaşlıqdan narazılıq edənlər olur. Amma nəzərə almaq lazımdır ki, NATO-da hansısa qərar veriləndə 28 dövlətin razılığı və dəstəyi gərək olur. Ona görə də bəzən lazım olan qərarlar çox vaxt alır, yaxud da alınmır” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6534.html