Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əli Həsənov: “İt qorxusundan hürər”
09.06.12 03:25

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov cəbhə bölgəsində baş verən insidentlər və Ermənistan rəhbərliyinin bəyanatına münasibət bildirib. “KƏLAMİNFO” xəbər verir ki, Ə.Həsənov münasibətini əvvəlcə xalq deyimi ilə ifadə edib: “Xalq arasında xoşagəlməz bir deyim var. Bu mənim leksikonuma aid deyil, amma ermənilər üçün onu deyəcəm. Xalq arasında deyilir ki, “it qorxusundan hürər”. Onların hərəkəti təxminən buna bənzəyir” - deyən Ə.Həsənov cəbhə bölgəsində baş verənləri ermənilərin növbəti təxribatı olduğunu söyləyib. Onun sözlərinə görə, yəqin ki, bu təxribatlar Hillari Klintonun da səfəri ilə əlaqədardır: “Ola bilər ki, ermənilərə himayədarlıq edən bəzi dövlətlər burada təşkilatı işlərdə iştirak edirlər. Hər halda ermənilər bununla bir daha dünya ictimaiyyətinə iç üzlərinin açıb göstərirlər” - deyə Ə.Həsənov əlavə edib. Ə.Həsənov cəbhədə baş verənlərlə bağlı həmsədr dövlətlərin bəyanatlarına da münasibətini açıqlayıb: “20 ildir ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan və digər dövlətlər tərəfləri müharibədən çəkindirməyi bəyan edirlər. Bəyan etmək asan şeydir, ancaq özləri hər hansı addım atmırlar. Prinsip etibarı ilə həmsədrlərin və digər beynəlxalq qurumların o cür bəyanatlarını müsbət qəbul etmək olar. Yəni müharibə hər iki tərəf üçün zərərlidir. Ancaq məhz həmin bəyanatı verənlər və Dağlıq Qarabağ münaqişəsinin həllində bilavasitə iştirakı olanlar heç bir addım atmırlar. Heç olmasa problemi həll etsinlər və müharibəyə ehtiyac qalmasın. Məsələyə bu cür yanaşsaq o zaman onların bu bəyanatları boş-boş sözlərdir. Ona görə, Azərbaycan prezidenti və Ali Baş Komandan dəfələrlə bəyan edib ki, əgər Ermənistan tərəfi işğalçılıq mövqeyindən əl çəkməsə, o zaman Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın göstərişi ilə torpaqlarını azad edəcək. Bu bəyanat bu gün də qüvvədədir. Sarkisyanın sərsəm bəyanatları isə qorxudan irəli gəlir”.
URL / WWW
http://kelam.az/article/a-6533.html