Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ərdoğan: “Əsəd getməlidir”
08.06.12 20:25

“Çox açıq və konkret deyirəm - Bəşər Əsəd getməlidir. O, indi öz sonunu hazırlamaqdadır". KƏLAMİNFO “Hürriyet”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan Suriya prezidentiylə bağlı ən sərt çıxışlarından birini edib: “Düşünə bilirsinizmi, tankla, topla məhəllə aralarına qədər girəcək və xalqınızı öldürərək susduracaqsınız. Orada bunları, insanların yandırıldığını, boğazının kəsildiyini görürlər. Belə bir vəhşət ancaq Əsədə yaraşar”. Ərdoğan BMT-nin baş katibi Pan Ki Mun və Suriya təmsilçisi Kofi Annanın Əsədlə bağlı açıqlamalarına işarə edərək Suriyada yeni dövrün başladığını vurğulayıb: “Pan Ki Munun BMT-də etdiyi çıxış Annan planının bitdiyinin də işarəsidir. Bunlar yeni mərhələnin başlayacağının əlamətidir". Türkiyənin Suriya ilə bağlı üzərinə düşəni edəcəyini bildirən baş nazir Meksikada keçiriləcək G-20 sammitində dövlət və hökumət başçılarıyla müzakirələr aparacaqlarını, o müzakirələrdən sonra yol xəritəsi müəyyənləşdirəcəklərini deyib. Baş nazir Rusiyanın Suriya üçün təklif etdiyi Yəmən modelinə də münasibət bildirib: “Yəmən modeli müzakirə edilə bilər. Amma Yəmən modeli olacaqsa, Əsəd vəzifədən getməlidir. Əsədi buna hazırlayıblarmı, hazırlamayıblarmı, bilmirəm. Yəmən modeli indiki vəziyyətdə müzakirə oluna biləcək modeldir”.
URL / WWW
http://kelam.az/article/a-6532.html