Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Əmək Birjaları” tərəfindən 3938 nəfər işsiz vətəndaş müvəqqəti xarakterli işlərlə təmin olunub
27.01.10 03:56

Ötən il Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən “Əmək Birjaları” tərəfindən 3938 nəfər işsiz vətəndaş müvəqqəti xarakterli işlərlə təmin olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli verib. A.Bədəlbəylinin sözlərinə görə, bunların 2182 nəfəri qadın, 1875 nəfəri gənc, 186 nəfəri qaçqın və məcburi köçkün, 32 nəfəri isə əlil vətəndaşlardır. O, həmçinin məzunların və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında tədbirlərin də keçirildiyini qeyd edib. Bu tədbirlərə 470 müəssisə tərəfindən 2351 boş (vakant) iş yerlərinin təqdim edildiyini diqqətə çatdıran idarə rəisi tədbirlər nəticəsində 431 nəfərin münasib işlərlə təmin olunduğunu vurğulayıb. A.Bədəlbəyli hesabat dövründə Bakı, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən “Peşəyönümü metodiki kabinetləri” və Respublikanın rayon (şəhər) Məşğulluq Mərkəzləri vasitəsi ilə 20882 nəfər işaxtaran vətəndaşa, eləcə də orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhətlərin verildiyini qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-653.html