Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Parlamentdə “Qayıdış və yenidən məskunlaşma” mövzusunda dinləmələr keçirilib
08.06.12 15:25

Bu gün Milli Məclisdə Sosial siyasət və İnsan haqları komitələrinin birgə təşkilatçılığı ilə “Qayıdış və yenidən məskunlaşma” mövzusunda dinləmələr keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bu mövzu Azərbaycan üçün həssas məsələdir və biz hər an işğal olunmuş torpaqlarımıza qayıdış məsələsini düşünməliyik. Milli Məclisin vitse-spikeri Bahar Muradova Azərbaycanda dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən qayğıdan danışıb. Dinləmələrdə çıxış edən Laçın rayon 37 saylı orta məktəbin şagirdi Ülkər Daşdəmirova yay düşərgələrinin olmamasından, həmçinin təhsil aldığı – Taxtakörpü qəsəbəsində yerləşən məktəbin kiçikliyindən şikayətlənib. O qeyd edib ki, otaqların sayı artırılsaydı, daha yaxşı olardı. Dinləmələrdə bir sıra deputatlarla yanaşı, 20-dən çox qaçqın və məcburi köçkün uşaq da iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-6529.html