Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-nın işçilərinin sayı artırılıb
08.06.12 15:25

Nazirlər Kabineti "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bəzi məsələləri haqqında" kı qərarında dəyişiklik edib. Nazirlər Kabinetindən “KƏLAMİNFO”ya verilən məlumata görə, qərar "Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 aprel tarixli 611 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Maliyyə Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının razılaşdırılmış təklifini nəzərə alınaraq qəbul edilib. Qərara görə, "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 oktyabr tarixli 182 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 10, maddə 976; 2011, ¹ 2, maddə 155) 1-ci hissəsində "80" rəqəmi "92" rəqəmi ilə əvəz edilib. Beləliklə, TQDK-nin mərkəzi aparatının ştat sayı 12 nəfər artırılıb. Maliyyə Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına bu qərardan irəli gələn məsələləri həll etmələri tapşırılıb.
URL / WWW
http://kelam.az/article/a-6528.html