Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Gürcüstan EA-nın akademik katibi BDU-da olub
08.06.12 15:25

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Gürcüstan Elmlər Akademiyasının akademik katibi Givi Tsintsadzeni qəbul edib. Məlumatı “KƏLAMİNFO”ya BDU-nun mətbuat və informasiya şöbəsindən veriblər. Rektor Azərbaycan və Gürcüstan arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb, əlaqələrin ümummilli lider Heydər Əliyevin dövründə möhkəmləndiyini və bu gün prezident İlham Əliyevin siyasəti nəticəsində daha da inkişaf etdiyini vurğulayıb. Akademik BDU-nun tarixi və bu günü barədə məlumat verərək, ölkələr arasında təhsil və elm sahəsindəki əməkdaşlığın önəmli olduğunu nəzərə çatdırıb, universitetdə kimya elminin inkişafına xüsusi önəm verildiyini bildirib.G.Tsintsadze Azərbaycan alimləri ilə ötən əsrin 50-ci illərindən başlayan və bu günə qədər davam edən əlaqələrdən danışıb. Qonaq Gürcüstan universitetləri və onların ölkədə kimya elminin inkişafına verdiyi töhfələrdən bəhs edib. Görüşdə BDU və Gürcüstan kimyaçıları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. Qonaq Heydər Əliyev Muzeyində, BDU-nun laboratoriya və elmi-tədqiqat mərkəzlərində olub. Qeyd edək ki, G.Tsintsadze 550 monoqrafiya, dərslik və patent müəllifidir.
URL / WWW
http://kelam.az/article/a-6523.html