Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Rəbiyyət Aslanova: “Nə ermənilər ordan köçəsidir, nə də biz”
09.06.12 01:25

“Azərbaycanın işğal olunmuş torpaqlarından didərgin düşən qaçqınların öz torpaqlarına qayıdışı o zaman mümkün olacaq ki, Dağlıq Qarabağ məsələsinin həll olunması ilə bağlı hüquqi baza yaradılsın”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisdə keçirilən dinləmələrdə İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib. O qeyd edib ki, qaçqınların öz torpaqlarına qayıtması bütün dünyanı maraqlandıran məsələdir, çünki dünyada 43 milyonadək qaçqın olan şəxs yaşayır. “Azərbaycanda bu məsələ ilə bağlı əvvəlcədən yenidən məskunlaşma qrupları müəyyən olunmalıdır. Nə ermənilər ordan köçəsidir, nə də biz. Ona görə də biz bunun həm nəzəri, həm də praktik məsələlərini həll etməliyik” - deyə R.Aslanova vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-6522.html